İtaliya

Buffonun karyerası ərzində gördüyü 3 ən yaxşı futbolçu

Futbol üzrə İtaliya milli komandasının və Turin “Yuventus”unun əfsanəvi sabiq qapıçısı Canluici Buffon karyerası ərzində gördüyü üç ən yaxşı futbolçunun adını açıqlayıb.

Aut.az xəbər verir ki, Buffon bu barədə İtaliya mətbuatına danışıb.

“Mən böyük oyunçulara qarşı oynamışam, hamısını xatırlaya bilmirəm. Amma Messi, Kriştiano və Ronaldo yəqin ki, karyeramda qarşılaşdığım ən yaxşı üçlükdür”, – Buffon bildirib.

Aut.az