İtaliya

5 ildir boş olan vəzifəyə təyinat: “Yuventus”da

Marko Ottolini “Yuventus”un yeni idman direktoru təyin edilib.

Aut.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı italiyalı mütəxəssis vəzifəsinin icrasına bu il yanvarın 1-də başlayıb. “Yuventus”un idman direktoru vəzifəsi 2021-ci ilin may ayında Fabio Paratiçi istefa verdikdən sonra boş qalmışdı.

Ottolini 2022-ci ilin yayından bəri “Cenoa” klubunda idman direktoru vəzifəsində çalışırdı. 2018-ci ildən 2022-ci ilə qədər “Yuventus”da skaut və icarə şöbəsinin müdiri vəzifələrində çalışıb. 2015-ci ildən 2018-ci ilə qədər Belçikanın “Anderlext” klubunda skaut olub.

Aut.az