İtaliyaDünya futbolu

Xviça hələ yayda bu kluba xəbər göndəribmiş ki…

Keçən yay “Napoli”nin vingeri Xviça Kvaratsxeliya Fransa nəhənginə keçmək arzusunu PSJ-yə bildiribmiş.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində  jurnalist Ben Ceykobs məlumat verib.

Mənbənin məlumatına görə, gürcü futbolçu PSJ-yə şəxsi müqavilə şərtlərinin problem olmayacağını da bildirib. Paris klubu yanvarda transfer pəncərəsi açıldıqdan sonra Kvaratsxeliyaya marağı daha da artırıb. Hazırda yalnız PSJ-nin 23 yaşlı hücumçunun transferi ilə bağlı “Napoli” ilə birbaşa danışıqlar apardığı vurğulanır.

İtaliya çempionatının bu mövsümündə 23 yaşlı Kvaratsxeliya 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun İtaliya kubokunda da bir oyunu var. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 85 milyon avrodur.

Aut.az