Vinisius bu ölkədən klub alır?
“Real”ın vingeri Vinisius Junior klub sahibi ola bilər.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Braziliyalı futbolçu Portuqaliyanın ikinci divizionunda çıxış edən komandanı almaq imkanını nəzərdən keçirir. Vinisius futboldan ayrıldıqdan sonrakı dövr üçün gələcək karyera planlarını nəzərə alaraq, biznes maraqlarını şaxələndirmək haqqında düşünür.
Aut.az
