Mbappe PSJ-nin tarixinə düşdü
PSJ Fransa çempionatının 26-cı turunun matçında “Monpelye”ni böyük hesabla məğlub edib – 6:2.
Aut.az xəbər verir ki, parislilərin heyətində Kilian Mbappe het-trik edib. Bununla o, paytaxt təmsilçisinin formasıyla 250 qol həddinə çatan ilk futbolçu olub.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 59-a çatdıran PSJ Liqa 1-də liderliyini möhkəmləndirib.
Aut.az
