Dünya futbolu

Benzema qasırğaya düşüb, qayıda bilmir – VİDEO

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema Mavrikiya adasında baş verən siklon səbəbindən komandanın düşərgəsinə gələ bilmir.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Benzema Səudiyyə komandasının yanvarın 11-də başlayan təlim-məşq toplanışına uça bilmir və adada Belal siklonunun bitməsini gözləyir.
Siklon 120 km/saata çatan küləyin əsməsinə səbəb olub və Mavrikiyanı da şiddətli tufan və daşqınlara məruz qoyub. Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Marselo Qalardonun hücumçunu toplanışa gəlməməsi səbəbindən məşqdən uzaqlaşdırdığı barədə məlumat yayılmışdı.

Bu mövsüm Kərim Benzema bütün yarışlarda 20 matçda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə verib. Benzemanın “Əl-İttihad”la müqaviləsi 2026-cı ilə qədərdir.


Aut.az