Dünya futbolu

Transfer rekordu qırıldı

ABŞ-ın Qadınlar Futbol Liqasında (NWSL) çıxış edən “Orlando Prayd” klubu Meksika millisinin və “Tiqres”in hücumçusu Lizbet Ovalle ilə müqavilə imzaladığını açıqlayıb.

Aut.az xəbər verir ki, tərəflər 2027-ci ilə qədər anlaşma əldə edib. Sözləşmədə əlavə bir mövsüm uzadılma imkanı da nəzərdə tutulub.

Amerika klubu transferin qadın futbolu tarixində rekord məbləğə başa gəldiyini vurğulasa da, dəqiq rəqəmi açıqlamayıb. “New York Times”ın məlumatına görə, transferin məbləği 1,5 milyon dollar təşkil edib.

Aut.az