İtaliyaDünya futbolu

Rabo o davadan danışdı: Barışıblar?

“Milan”ın yarımmüdafiəçisi Adrian Rabo Liqa 1-in ilk turunda “Renn”ə 0:1hesabı ilə uduzduqları oyundan sonra paltardəyişmə otağında baş verən davadan danşıb.

Aut.az xəbər verir ki, həmin davadan sonra Rabo “Milan”a, Conatan Rou isə “Bolniya”ya satılıb. O, Rou ilə münasibəti haqda da açıqlama verib:

“Heç bir problemimiz yoxdur. O, “Boloniya”ya, mən “Milan”a getdikdən sonra bir-birimizə yazmışdıq. Bazar günü komandalarımız “San Siro”da oynayacaq. Onu görmək xoş olacaq. O, yaxşı insandır. Marseldə baş verənlər hər yerdə baş verə bilərdi. Bu, bizim münasibətimizi dəyişməyib. Onu görməyə şad olacağam, o da məni görməyə şad olacaq”, – deyə Rabo bildirib.

Sentyabrın 14-də A Seriyasının 3-cü turunda “Milan” “Boloniya” ilə qarşılaşacaq.

Aut.az