Çoxarvadlılıqda ittiham olunan məşqçi danışdı
Futbol üzrə Rusiya milli komandasının qapıçılar üzrə məşqçisi Vitali Kafanov çoxarvadlılıq ittihamlarına cavab verib.
Aut.az xəbər verir ki, bu barədə “Sport-Express” məlumat yayıb.
Mütəxəssis şəxsi həyatını müzakirə etmədiyini deyib. “Hər hansı bir qərar olana qədər heç nəyi müzakirə etmirəm”, – deyə Kafanov bildirib.
Mayın 20-də jurnalistlər mütəxəssisin iki etibarlı nikah şəhadətnaməsini əldə ediblər. Ailə Məcəlləsinə əsasən, Rusiyada çoxarvadlılıq qadağandır.
65 yaşlı Kafanov Aşqabadda anadan olub. O, Rusiya vətəndaşlığından əlavə, Türkmənistan və Qazaxıstan pasportlarına da malikdir.
Aut.az
