Dünya futbolu

Rusiyalı futbolçular vəhşiləşdilər, istirahət mərkəzində ailəyə hücum etdilər – VİDEO

Rusiyanın “Yenisey” klubunun futbolçuları Krasnoyarskda istirahət mərkəzində dincələn ailəyə hücum ediblər. Bu barədə

Aut.az xəbər verir ki, bu barədə “112 Krasnoyarsk” teleqram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, bazar ertəsi, mayın 13-də baş verən münaqişənin səbəbkarları Krasnoyarsk komandasının oyunçuları Vladimir Xozin , Vyaçeslav Bardıbaxin və Andrey Okladnikov olub.

“Hər şey mayın 13-də saat 21:40-da “Zelenka” istirahət mərkəzində baş verib. Futbolçular davranış qaydalarını pozaraq besedkalarda dincəlir, çox yüksək səslə musiqi dinləyir, camaat arasında özlərini dəhşətli aparırdılar. İstirahət mərkəzinin administratorları hərəkətə keçərək Rusiya qvardiyasına zəng etdilər.

Milli Qvardiya da onları sakitləşdirə bilmədi. “Yenisey”in futbolçusu Vladimir Xozin bizə yaxınlaşdı: “Yaxşı, balaca siçovullar” və anamı təhqir etməyə başladı, buna görə cavab aldı. İkinci futbolçu Vyaçeslav Bardıbaxin ögey atama arxadan yumruqla hücum etdi. Daha sonra hücumçu Andrey Okladnikov hamını hədələdi. Ertəsi gün, mayın 14-də onlar mənə 250 min rubl vermək və münaqişəni susdurmaq üçün mənimlə danışıq aparmağa gəldilər”, – “112 Krasnoyarsk” teleqram kanalı yaralı qadının sözlərini sitat gətirir.

Mənbə qeyd edir ki, zərərçəkmiş artıq “Yenisey”in 5 futbolçusuna qarşı cinayət işinin başlanması üçün hüquq-mühafizə orqanlarına ifadələr göndərib.

Aut.az