İtaliyaDünya futbolu

“Milan” Braziliyada olan uruqvaylıya göz dikib

İtaliyanın “Milan” klubu “Atletiko Paranaense”nin uruqvaylı yarımmüdafiəçisi Aqustin Kanobbionun transferi ilə bağlı danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Əkrəm Konur “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Qeyd edək ki, 26 yaşlı futbolçunun da İtaliya vətəndaşlığı var və A Seriyasında əcnəbi oyunçu sayılmayacaq.

Futbolçu 30 mart 2022-ci ildə Uruqvay “Penyarol”undan “Atletiko Paranaense”yə keçib. Ümumilikdə Kanobbio Braziliya klubunun heyətində 141 oyun keçirib, 18 qol vurub və 16 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin Uruqvay millisində də 12 matçı və bir qolu var.

Futbolçunun klubla hazırkı müqaviləsi 31 dekabr 2026-cı ilə qədərdir. “Transfermarkt” internet portalı futbolçunun bazar dəyərini 4,5 milyon avro olaraq qiymətləndirir.

Aut.az