TürkiyəDünya futbolu

Mourinyo sükutu pozdu: Həmyerliləri ilə danışıqlar aparıb?

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya Futbol Federasiyası ilə danışıqlar apardığı barədə yayılan məlumatlara aydınlıq gətirib.

Aut.az xəbər verir ki, o, iddiaları təkzib edib:

“Portuqaliya Futbol Federasiyası ilə hansısa görüşümün olduğunu inkar edirəm. Mən sadiq bir insanam”, – deyə Mourinyo bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin yanvarında hansısa klubun nümayəndəsi ilə görüşü olub. Həmin görüş barədə “Fənərbağça” rəhbərliyini məlumatlandırdığını, lakin sonda təklifi qəbul etmədiyini bildirib. Portuqaliyalı mütəxəssis klubun adını açıqlamayıb.

Qeyd edək ki, Superliqada mövsümün sonuna iki tur qalmış “Fənərbaxça” 34 oyunda topladığı 81 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Lider və çempionluğu təmin edən “Qalatasaray”ın aktivində 89 xal var.

Aut.az