Fransızlar onu görmək istəmirlər, beziblər
Fransalı jurnalist Daniel Riolo AVRO-2024-ün yarımfinalında İspaniyaya məğlubiyyətdən (1:2) sonra Fransa millisinin baş məşqçisi Didye Deşamı sərt tənqid edib.
Aut.az xəbər verir ki, Fransanın məşhur internet nəşri RMC Sport Riolodan sitat gətirib.
“12 ildə kifayət qədər gördük. Onun bu Avropa çempionatındakı davranışı, jurnalistlərlə danışması çox şeydən xəbər verir. O, özünü belə apara bilməz. Deşam Alleqri ilə birlikdə tətilə getsin, onlar birlikdə çətir altında əylənəcək və kiçik söhbətlər aparacaqlar.
Bu, sadəcə olaraq mümkün deyil. Dəhşətdir! Biz davam etməliyik. Yetər, Deşam. Biz bunu daha edə bilmərik. 12 il çoxdur. Fransızlar artıq səni görmək istəmirlər. Azarkeşlər beziblər”, – Riolo deyib.
Aut.az
