İtaliya

“Milan” “Qalatasaray”ın maraqlandığı futbolçu ilə bağlı qərar verdi

“Milan”ın hücumçusu Luka Yoviç yayda azad agent kimi klubu tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.

27 yaşlı serbiyalının müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Klub sözləşməni yeniləməmək qərarına gəlib.

Bu mövsüm hücumçu bütün turnirlərdə 12 matçda iştirak edib, 3 qol vurub. Forvardın transfer dəyəri 4 milyon avro olaraq qiymətləndirilir.

Yoviçlə “Qalatasaray” və “Roma” klublarının maraqlandığı bildirilir.

Aut.az