İtaliya

Bu gün ilk görüş oldu

İtaliyanın “Napoli” klubu bu gün Antonio Konte ilə ilk danışıqlara başlayıb.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Neapol klubu 54 yaşlı mütəxəssisi komandanın başında görmək istəyir. Hazırda “Napoli”ni ispaniyalı Rudi Qarsiya çalışdırır, lakin görünən odur ki, o, qeyri-qənaətbəxş nəticələrə görə tezliklə qovulacaq.

Qeyd olunur ki, Konte ilə bağlı yekun qərar hələ verilməyib, çünki klub müsbət və mənfi cəhətləri ölçüb-biçməli və bir çox detalları Antonio ilə müzakirə etməlidir.

Aut.az