İtaliya

“Yuve” liderinə qiymət kəsdi

“Yuventus”un mərkəz müdafiəçisi Bremer qarşıdakı transfer pəncərəsində klubunu dəyişə bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur “X” sosial şəbəkəsində məlumat verib.

Mənbənin məlumatına görə, Turin klubunun rəhbərliyi 26 yaşlı müdafiəçi ilə ən azı 75 milyon avroya ayrılmağa hazırdır. Qeyd olunur ki, braziliyalı üçün “Real”, “Arsenal” və “Mançester Yunayted” mübarizə aparır.

Bremer 2022-ci ilin yayında 44 milyon avroya “Torino”dan “Yuventus”a keçib. Bu mövsüm müdafiəçi “Biankoneri”nin heyətində bütün turnirlərdə 26 oyun keçirib və iki qol vurub. Futbolçunun Turin klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 50 milyon avrodur.

Aut.az