Buffon o oyunu xatırladı: Niyə qovulduğumu hələ də bilmirəm
İtaliya futbolunun əfsanəvi qapıçısı Canluici Buffon Çempionlar Liqasının 2017/2018 mövsümünün 1/4 finalında qovulmasını xatırlayıb.
Aut.az xəbər verir ki, o, “Real Madrid”lə oyunun son dəqiqələrində hakimlə mübahisəyə görə qırmızı vərəqə almışdı.
“İndi illər keçdikdən sonra dediklərimdən utanıram. Kifayət qədər yaşlı idim, kapitan idim. Bununla belə, onu da etiraf etməliyəm ki, qayıdıb yenidən həmin oyunu oynamalı olsam, eyni sözləri deyərdim.
O an bu, sadəcə məğlubiyyət deyildi, epik stadionda, xüsusi xarakter və birlik nümayiş etdirən komanda ilə xüsusi bir şey, epik geri dönüş idi, biz çılğın idik, xəyallar qururduq… O zaman niyə meydandan qovulduğumu hələ də bilmirəm”, – “Give me Sport” Buffonun sözlərini sitat gətirib.
Xatırladaq ki, həmin il “Real Madrid” “Yuventus”a qalib gəlib və yekunda turnirin qalibi olub.
Aut.az
