İtaliya

Onu qovmağı düşünürlər: Yerinə iki namizəd var

İtaliya millisi baş məşqçisini dəyişmək imkanını nəzərdən keçirir.

Aut.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio sosial şəbəkələrdə yazıb.

Komanda dünya çempionatının seçmə mərhələsinin 3-cü turunda Norveçə uduzduqdan (0:3) sonra iyunun 10-da baş məşqçi Luçano Spaletti ilə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina arasında görüş olacaq.

Mənbənin sözlərinə görə, Spalletti qovulsa, onu Stefano Pioli və ya Klaudio Ranyeri əvəzləyə bilər. Karlo Ançelotti və Massimiliano Alleqri də əvvəllər qısa siyahıda idilər, lakin onlar artıq yeni komanda tapıblar.

Ranyeri hazırda işsizdir,Pioli isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu çalışdırır.

Aut.az