Avropa çempionu karyerasını bitirdi
İspaniya millisinin sabiq hücumçusu Alvaro Neqredo peşəkar futboldan ayrıldığını açıqlayıb.
Aut.az xəbər verir ki,Neqredo qərarını “X” sosial şəbəkəsində açıqlayıb.
Alvaro Neqredo paylaşdığı videoda “Hər şey üçün təşəkkür edirəm, futbol” deyib.
Neqredo İspaniya millisinin heyətində 2012-ci ildə Avropa çempionu olub.
Alvaro Neqredo “Real”ın sisteminin məhsuludur və karyerasında “Mançester Siti”, “Sevilya”, “Valensiya”, “Kadis”, “Almeriya”, “Beşiktaş”, “Əl-Nasr” (BƏƏ), “Midlsbro”, “Valyadolid” və “Rayo Valyekano”da çıxış edib.
Aut.az
