İspaniya

Flik gənc ulduzla bağlı qərar verdi

“Barselona”nın hücumçusu Vitor Roke bu mövsüm komandadan ayrılmayacaq.

Aut.az xəbər verir ki, ötən mövsümün sonunda Rokenin “Barselona”dakı mövqeyindən narazı olduğu məlum olub. 19 yaşlı forvardın agenti futbolçunun başqa kluba keçmək niyyətində olduğunu bildirib.

Lakin Xavinin qovulmasından sonra vəziyyət dəyişib. “Diario SPORT”-un məlumatına görə, “Barsa”nın yeni baş məşqçisi Hans-Diter Flik Vitor Rokenin komandada qalmasını istəyir. Alman mütəxəssis əmindir ki, onun rəhbərliyi altında braziliyalı öz potensialını üzə çıxara biləcək.

Qeyd edək ki, Vitor Roke 2024-cü ilin yanvarından “Barselona”da çıxış edir. O vaxtdan bəri o, La Liqada 11 oyuna çıxıb və 2 qol vurub.

Aut.az