“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşdi – Rəsmi
“Reyncers”in sabiq baş məşqçisi Covanni van Bronkhorst “Beşiktaş”ın baş məşqçisi olub.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı niderlandlı mütəxəssis müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə daha bir müddət uzadılması ehtimalı ilə 2 illik müqavilə imzalayıb. Onun köməkçiləri Jan Pol van Qastel və Serdar Topraktepe olacaq.
Covanni van Bronkhorst 2021-ci ilin noyabrından 2022-ci ilin noyabrına kimi “Reyncers”i çalışdırıb. Əvvəllər futbolçu karyerası ərzində “Arsenal”, “Feyenoord”, “Valveyk”, “Reyncers” və “Barselona”da çıxış edən, “Feyenoord” və “Quançjou”nu çalışdıran van Bronkhorst həm də “Mançester Siti” sistemində və Niderland gənclər komandasında çalışıb.
Aut.az
