Ərəblər İtaliyanın məşhur klubunu almaq istəyirlər, amma…
Səudiyyə Ərəbistanından olan investorlar “Fiorentina”nı almaqda maraqlıdırlar.
Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilir ki, İtaliyanın keçmiş baş naziri Matteo Renzi bu investorlara İtaliya futboluna daxil olmaq cəhdlərində fəal şəkildə kömək edir. Lakin problem ondadır ki, “Fiorentina”nın hazırkı sahibi, amerikalı-italyan milyarder Rokko Komisso klubu satmaq niyyətində deyil.
O, 2019-cu ildən “bənövşəyilər”ə sahibdir və bu yaxınlarda yüksək texnologiyalı “Viola Park” məşq meydançası tikiblər və hazırda şəxsi stadionun tikilməsi ilə bağlı danışıqlar aparırlar.
Aut.az
