Heyətə salınmadı: Premyer Liqaya gedir?
Federiko Kyeza “Yuventus”un mövsümöncəsi matçının heyətində yer almayıb.
Aut.az xəbər verir ki, italiyalı cinah yarımmüdafiəçisi “Brest”lə yoldaşlıq görüşü üçün açıqlanan futbolçuların siyahısında yoxdur. 26 yaşlı futbolçunun Turin klubundakı gələcəyi sual altındadır. Onunla İngiltərənin “Tottenhem” və “Çelsi” klubları fəal şəkildə maraqlanır.
Kyezanın təxminən 30-35 milyon avroya “Tottenhem”ə keçəcəyi ilə bağlı söz-söhbətlər var.
Futbolçu ötən mövsüm A seriyasında “qoca sinyora”nın heyətində 33 matçda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.
Aut.az
