İspaniyaİngiltərə

“Jirona” “Yunayted”lə anlaşdı: Görün hansı qiymətə

“Jirona” yarımmüdafiəçi Donni van de Bekin transferi ilə bağlı “Mançester Yunayted”lə razılığa gəlib.

Aut.az “Relevo”ya istinadən xəbər verir ki, transfer məbləği cəmi 500 min avro olacaq. Klublar arasında müqavilədə müəyyən bonus maddələri də var. 27 yaşlı futbolçu uğurlu çıxış edəcəyi halda MY daha 4-5 milyon avro qazana biləcək.

2023/24 mövsümündə Van de Beek klub səviyyəsində 10 oyun keçirib, onlardan 8-i icarə əsasında oynadığı “Ayntraxt Frankfurt”da olub. O, heç bir məhuldar göstəriciyə imza atmayıb.

Aut.az