Ən qocaman məşqçinin yubiley oyunu
Bu gün “Kristal Pelas” İngiltərə çempionatında “Nottingem Forest”lə qarşılaşır.
Aut.az xəbər verir ki, bu, “Kristal Pelas”ın baş məşq Roy Hocson üçün Premyer Liqada yubiley matçı olacaq. O, 400-cü matçını keçirəcək.
Dünyanın ən qocaman məşqçilərindən sayılan 76 yaşlı çalışdırıcı İngiltərənin elit divizionunda 400 oyunluq həddə çatan 8-ci mütəxəssis olacaq.
Arsen Venger (828 matç) və Ser Aleks Ferqyuson (810) hamını qabaqlayır və ilk 3-lüyü “Vest Hem”in baş məşqçisi David Moyes (666) tamamlayır.

Aut.az
