Cüdo üzrə ilk beşqat olimpiya çempionu
Fransalı cüdoçu Teddi Riner Paris Olimpiya Oyunlarında qarışıq cütlüklərdə qızıl medal qazanıb.
Aut.az xəbər verir ki, finalda Fransa məhz Rinerin sayəsində Yaponiyanı 4-3 hesabı ilə məğlub edərək, ardıcıl ikinci Olimpiadada qarışıq komanda yarışında Olimpiya qızılını qazandı.
35 yaşlı Riner Fransanın paytaxtında keçirilən Oyunlarda ikinci qızıl medalını qazanıb. Əvvəllər o, 100 kq-dan yuxarı çəki dərəcəsində Olimpiya çempionu olub.
Riner cüdo üzrə ilk beşqat olimpiya çempionudur.
Aut.az
