İtaliya

Prezidentin yanında göründü – Nə məsələdir?  

“Empoli” ilə qarşılaşma ( 0:1 məğlubiyyəti ) “Napoli”nin baş məşqçisi Rudi Qarsiya üçün son matç ola bilər.

İtaliya çempionlarının prezidenti Aurelio De Laurentis onu istefaya göndərmək imkanını nəzərdən keçirir.

Aut.az xəbər verir ki, insayder Canluka Di Martsionun sözlərinə görə, Qarsiyanın gələcəyi tükdən asılıdır. Klub artıq onun yerinə namizədlərin qısa siyahısını hazırlayıb. Siyahıda adı olanlardan biri İqor Tudordur.

Amma o, əsas namizəd deyil. Daha əvvəl, 2009-2013-cü illərdə komanda ilə çalışmış Valter Matsarri əsas namizəd hesab olunur.

“Empoli” ilə matçda tribunada De Laurentisin yanında 1991 – 1995-ci illərdə əsas komandada çıxış edən “Napoli”nin yetirməsi Fabio Kannavaro da əyləşib. Bununla belə, onunla baş məşqçi işlə bağlı danışıqların aparılması barədə məlumat yoxdur.

Aut.az