İndi də onu tənqid etdi, belə cavab aldı – FOTO
İtaliya millisinin qalmaqallı sabiq hücumçusu Antonio Kassano “Milan”ın portuqaliyalı cinah oyunçusu Rafael Leaonu tənqid edib.
Aut.az xəbər verir ki, Kassano bu barədə İtaliyanın “Rai” telekanalında danışıb.
“Leau görkəmli oyunçudur? Qətiyyən. Lautaroya baxın, qaçan, döyüşən və fədakarlıq edən, liderdir. Lobotkaya baxın. Amma bunlar “Barselona” və ya “Bavariya” oyunçuları deyil.
İtaliyada çempionatın zəif olduğunu deyirlər. Bəs niyə zəif çempionatda Leao hər mövsümdə 6 qol vurur? Niyə 5,5 ay qol vurmadı? O, özünü fenomen hesab edir və onunla razılaşan insanlar var. Amma əslində o, sadəcə olaraq güclü fiziki atributları olan yaxşı oyunçudur. Amma başqa heç nə”.
Leau “X” sosial şəbəkəsində Kassanonun çıxışının videosunu paylaşaraq ona təlxək emojisi əlavə edib:

