İspaniyaİtaliyaKateqoriyasız

“Milan” gözünü “Real”ın futbolçusuna dikdi

“Milan” “Real”ın qapıçısı Andrey Lunini transfer etmək imkanını nəzərdən keçirir.

Aut.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.

Məlumata görə, “rossoneri” Mayk Menyanın mümkün gedişi səbəbilə qapıçı bazarını aktiv şəkildə izləyir. Fransız qapıçının müqaviləsi 2026-cı ildə başa çatır və o, artıq yayda azad agent kimi klubdan ayrıla bilər. Müqavilənin uzadılması ilə bağlı danışıqlar dalana dirəndiyi üçün “Milan” rəhbərliyi onun əvəzləyicisini axtarmağa başlayıb.

Əsas namizədlərdən biri Lunin hesab olunur. O, “Real”da oyun praktikasından məhrumdur. Xabi Alonso gəldikdən sonra ukraynalı qapıçı bu mövsüm hələ bir dəqiqə də olsun meydana çıxmayıb.

Luninin “Real”la müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. İtalyanlar 8–10 milyon avro aralığında transfer ehtimalını dəyərləndirirlər, lakin mediaya görə, Madrid klubunun satışa razı olması üçün bu məbləğ kifayət etməyə bilər.

Aut.az