İtaliya

Ən çox maaş alan məşqçi olacaq

48 yaşlı italiyalı məşqçi Simone İnzaqi “İnter”lə yeni müqavilə ilə bağlı razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, yeni müqavilə 2026-cı ilin iyun ayına kimi qüvvədə olacaq. İnzaqinin maaşı mövsümdə 6,5 milyon avro təşkil edəcək. Bununla o, A seriyasında ən çox maaş alan məşqçi olacaq.

Bundan əlavə, Simone komandaya yenidən Skudettonu qazandıracağı təqdirdə 2 milyon avro bonus alacaq.

Simone İnzagi 2021-ci ilin iyunundan “İnter”i çalışdırır. Onun rəhbərliyi altında Milan klubu 2 dəfə İtaliya çempionatının, iki dəfə ölkə kubokunun, üç dəfə isə İtaliya Superkubokunun qalibi olub.

Həmçinin 2022/2023 mövsümündə İnzaqi “İnter”lə birlikdə Çempionlar Liqasının finalına yüksəlib və burada “Mançester Siti”yə 0:1 hesabı ilə uduzub.

Aut.az