Avropa Çempionatı

Lamin Yamal Pelenin rekordunu qırdı

İspaniya yığmasının futbolçusu Lamin Yamal Avro-2024-ün yarımfinalında Fransa ilə oyunda start heyətində meydana çıxıb.

Aut.az xəbər verir ki, 16 yaşlı yeniyetmə dünya və ya Avropa çempionatının yarımfinalında meydana çıxan ən gənc oyunçu olub.

Beləliklə, Yamal 17 yaşında 1958-ci il dünya çempionatının yarımfinalında çıxış edən əfsanəvi braziliyalı Peleni qabaqlayıb.

Aut.az