Avropa Çempionatıİspaniya

Moratanın zədəsi ciddidir?

İspaniya millisinin hücumçusu Alvaro Morata Xorvatiya ilə Avro-2024-ün qrup mərhələsinin ilk tur matçında aldığı zədədən danışıb.

Aut.az xəbər verir ki, o, zədəsinin ciddi olmadığını bildirib:

“İkinci hissədə əvəzlənməmişdən əvvəl ağrayırdım. Belə bir şeylə qarşılaşdığınız zaman diqqətli olmaq daha yaxşıdır. Ümid edirəm ki, İtaliya ilə matçda hər şey öz qaydasında olacaq”.

Qeyd edək ki, Morata qol vuraraq komandasının 3:0 hesablı qələbəsində pay sahibi olsa da, oyunun 67-ci dəqiqəsində əvəzlənib.

Aut.az