Bunları tam başa düşmürəm – Fiqu Karvaxalın durumu haqda
“Real Madrid”in keçmiş yarımmüdafiəçisi Luiş Fiqo komandanın müdafiəçisi Daniel Karvaxalın durumu haqda danışıb.
Aut.az xəbər verir ki, Fiqu bu barədə İspaniya mətbuatına açıqlama verib.
“Dani hər cür hörmətə layiqdir. Onun daha çox, yoxsa daha az oyun vaxtına layiq olub-olmadığını bilmirəm, bu, məşqçinin qərarından asılıdır.
Təcrübəli oyunçuya ünsiyyət baxımından fərqli yanaşmaq lazımdır. Mən özüm də “İnter”də çətin vəziyyətlərdə bunu yaşamışam. Uşaq olmasam da, mənə uşaq kimi yanaşırdılar. Mən karyeramı bitirməyə hazır idim.
Mən bunları tam başa düşmürəm. Sadə bir söhbət problemlərin qarşısını ala bilər. Bir oyunçunun həyatında müxtəlif mərhələlər var. Düzgün bir şey etmək səhv bir şey etmək qədər asandır. Bəzən işlər düzgün edilə biləcəyi halda səhv edilir”, – portuqaliyalı bildirib.
Aut.az
