Medalını anasına verib: Ölümdən qaçmaq üçün Saharanı keçib – FOTO
İspaniya millisinin heyətində Avro-2024-ün qəhrəmanlarından biri Niko Uilyams anası haqda danışıb.
Aut.az xəbər verir ki, Uilyams nasınınölümdən qurtulmaq üçün Sahara səhrasını keçdiyini bildirib.
“Avro 2024-ü qazandıqdan sonra etdiyim ilk iş valideynlərimlə vaxt keçirmək oldu. Onlar buna hamıdan çox layiqdirlər.
Mən sürətlə qaçıram, amma anam kimi yox. O, ölümdən qaçmaq üçün Qanadan İspaniyaya qədər Sahara səhrasını keçib. Medalımı daha çox layiq olduğu üçün ona verdim”.

Aut.az
