İspaniya

Kroosdan onun gedişinə reaksiya: Bundan yaxşısını arzu edə bilməzdim

“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin cari mövsümün sonunda ayrılması xəbərinə münasibət bildirib.

İtaliyalı məşqçi karyerasını Braziliya millisində davam etdirəcək.

Aut.az xəbər verir ki, Kroos sosial media hesabında “Madriddəki ilk məşqçim. Karyeramdakı son məşqçi. Bundan yaxşısını arzu edə bilməzdim. Təşəkkür edirəm, cənab” deyə yazıb.

Ançelotti üç Çempionlar Liqası, üç Klublararası Dünya Kuboku, üç UEFA Super Kuboku, iki İspaniya çempionluğu, iki İspaniya Kuboku və bir İspaniya Super Kubokunu qazanaraq, “Real” Madrid tarixində ən çox mükafat alan məşqçi olub.  Ümumilikdə Karlo “Real”ın sükanı arxasında olduğu 6 il ərzində 15 titul qazanıb.

Toni Kroos bir il əvvəl, 2024-cü ilin mayında “Real”dan  ayrılaraq, karyerasını bitirib.

Aut.az