İspaniya

“Valensiya” cinsi təcavüzdə şübhəli bilinən futbolçusu ilə bağlı bəyanat yaydı

“Valensiya” iki qıza qarşı cinsi təcavüzdə şübhəli bilinərək saxlanılan klubun 27 yaşlı hücumçusu Rafa Mirlə bağlı açıqlama yayıb.

“Valensiya”nın futbolçusu Rafa Mirin həbsi ilə bağlı mətbuatda çıxan xəbərlərdən danışarkən deyə bilərik ki, klub bu həbsdən xəbərdardır və hazırda bu barədə təfərrüatların olmadığına görə biz yalnız əməkdaşlığa hazır olduğumuzu bəyan edə bilərik”, – “Valensiya”nın rəsmi saytında yazılıb.

Bundan əvvəl mətbuatda insidentin ispaniyalı futbolçunun evində keçirilən şənlikdə baş verdiyi barədə məlumat yayılmışdı.

Hücumçu icarə əsasında “Valensiya”da çıxış edir. Onun hüquqları “Sevilya”ya məxsusdur. Bu mövsüm Mir İspaniya Primerasında dörd oyun keçirib və bir məhsuldar ötürmə edib.

Aut.az