“Real” La Liqaya etiraz edəcək
“Real” La Liqada “Valensiya” ilə matçda (2:2) yarımmüdafiəçisi Cud Bellinqemin qırmızı vərəqə almasına etiraz etməyə hazırlaşır.
Aut.az xəbər verir ki, Madrid klubunun apellyasiya şikayəti üzrə qərarı martın 7-dən gec olmayaraq baxıla bilər.
“Qeyd edək ki, Bellinqem “Valensiya” ilə matçının son anlarında Bellinqem fərqlənsə də, hakim Xesus Gil Manzano bundan bir neçə saniyə öndə oyunun bitdiyini elan edən fiti çaldığı üçün qolu hesaba almayıb. Bunu qəbul etməyən Cud ədalət təmsilçisinə etiraz edib. Aqressiv davranışa görə referi ingilis futbolçuya qırmızı vərəqə göstərib.
