İspaniya

“Barsa”nın onu fikrindən döndərmək üçün planı var?

“Barselona”nın idman direktoru Deku mövsümün sonunda Kataloniya klubundan ayrılacağını bir daha təsdiqləyən baş məşqçi Xavinin sözlərinə münasibət bildirib.

“Hazırda Xavini klubdan ayrılmaq barədə fikrini dəyişdirmək üçün planımız yoxdur. Belə plan olsa, o zaman bu haqda danışarıq.

Sakitlik nəticə verir. İndi komanda qalib gəlir. Biz artıq Xavi haqqında çox danışmışıq. Bu şəxsi sualdır. Burada müzakirə ediləcək bir şey yoxdur. Biz matçlar haqqında düşünməliyik”, – “Mundo Deportivo” Dekunun sözlərini sitat gətirib.

Xatırladaq ki, Xavi “Barselona”dan ayrılacağını yanvarın sonunda açıqlamışdı.

Aut.az