İspaniyaDünya futbolu

Simeone onu Mbappedən də, Salahdan da üstün tutdu – Kimdir?

Dieqo Simeone Xulian Alvaresi dövrümüzün ən yaxşı futbolçusu hesab edir.

Aut.az xəbər verir ki, “El Partidazo de COPE”yə müsahibə verən “Atletiko”nun baş məşqçisindən iki oyunçudan birini seçməklə ən yaxşı oyunçunu müəyyən etmək istənilib.

Simeone Culiano Simeone, Cud Bellinqem, Məhəmmdə Salah, Rafinya, Palmer, Dembele, Vitinya, Erlinq Haaland, Mbappe və Pedrini yox, məhz Alvaresi seçib.

– Xulian yoxsa Vinisius?

– Xulian, yüz faiz.

– Xulian, yoxsa Mbappe?

– Xulian.

– Xulian yoxsa Lamin?

– Xulian.

Aut.az