Tezliklə onun ən yaxşı versiyasını görəcəksiniz – Ançelotti kimi deyir?
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Madrid klubunda çalışdırdığı “Real”ın hücumçusu Vinisius haqda danışıb.
Aut.az xəbər verir ki, Ançelotti bu barədə Braziliya mətbuatına danışıb.
“Vinisiusun ən yaxşı versiyasını tezliklə burada, Braziliyada görəcəksiniz. O, hazırdır və motivasiyalıdır”, – Ançelotti deyib.
Braziliya iyunun 6-da səfərdə Ekvador qarşılaşacaq, 11-də isə Paraqvayı qəbul edəcək. Hər iki oyun 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək.
Aut.az
