Azərbaycan futbolu

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

“Ayın qolu” layihəsi çərçivəsində mart ayının qalibi olan Martins Juniora “Səbail” – “Kəpəz” görüşündən əvvəl mükafatlar təqdim olunub.

Aut.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Ona mükafatları “ASCO Arena”da Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.