MY-nin futbolçusu Ten Haqa qarşı çıxır?
“Mançester Yunayted”in yarımmüdafiəçisi Alexandro Qarnaço İngiltərə çempionatının 33-cü turunun “Bornmut”la səfər matçının (2:2) fasiləsində əvəzləndikdən sonra futbolçuya dəstək verən ingilis bloqer Mark Qoldbricin paylaşımlarını bəyənib.
Aut.az xəbər verir ki, bloqqer sosial şəbəkələrdəki paylaşımlarında “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqı “Bornmut”la matçda 19 yaşlı Qarnaçonu “avtobus”un altına atmaqda günahlandırıb.
Oyundan sonra niderland mütəxəssis mankunianlıların argentinalı cinah oyunçusunun əvəzlənməsinə münasibət bildirərək, həmin vaxt sağ cinahda enerji və keyfiyyət əlavə etmək istədiyini bildirib.
Qeyd edək ki, Ten Haqın rəhbərliyi altında İngiltərə klubu 32 matçda 50 xal toplayaraq Premyer Liqa turnir cədvəlində yeddinci yerdədir.
