İngiltərə

Bu “şəhərli” də Ronaldonun yanına getdi

“Mançester Siti”nin müdafiəçisi Emerik Laport də karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Aut.az xəbər verir ki, o, Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”lə müqavilə imzalayıb. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat verib.

Onun sözlərinə görə, ispaniyalı futbolçu yeni klubunda ildə təxminən 20 milyon avro qazanacaq. Emerikin “Əl-Nəsr”lə sözləşməsi 2026-cı ilin yayına qədərdir. Laportun transferi üçün ərəblər İngiltərə çempionuna 30 milyon ödəyəcək.

Qeyd edək ki, Emerik 2018-ci ildən “şəhərlilər”in formasını geyinirdi. 29 yaşlı müdafiəçi ötən mövsüm ümumilikdə 24 matçda iştirak edib və trebl edib.

Bu "şəhərli" də Ronaldonun yanına getdi