İngiltərə

O, “Çelsi”yə niyə keçib? – Pep məsuliyyəti üzərinə götürdü

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Koul Palmerin “şəhərlilər”dən ayrılmasından danışıb.

“İki və ya üç mövsümdən sonra o, daha çox dəqiqə qazanmaq istəyirdi. Mən onu tam başa düşürəm. Palmerin əvvəldən Fodenə verdiyim dəqiqələri olsaydı, burada olardı – amma ona heç nə vermədim. Bu mənim məsuliyyətimdir. Həmin an başqalarını seçdim.

Biz həmişə gənc futbolçuların qalmasını istəyirik, amma bu normaldır. Bir mövsümdən sonra gözəldir, ikinci mövsümdə də, amma üçüncü mövsümdə artıq “Ah, uşaqlar, mən oynamaq istəyirəm, skamyada oturmaq istəmirəm” deyəcəklər. Bu yaxşıdır. Biz klub olaraq bunu başa düşürük. Biz “Çelsi” kimi heyrətamiz top klubdan təklif aldıq və mən onun üçün çox şadam. Bütün klublarda belə şeylər olur.

Biz onun keyfiyyətini bilirik. “O, “Çelsi”də inanılmaz təhlükədir”, – deyə Qvardioladan BBC sitat gətirib.

Xatırladaq ki, Palmer ötən yay “Mançester Siti”dən “Çelsi”yə keçmişdi. Bu mövsüm ingilis bütün turnirlərdə 31 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az