Əfsanə 80 yaşında vəfat etdi
İngiltərə millisinin və “Tottenhem”in sabiq hücumçusu Martin Çivers 80 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Çivers 1945-ci ilin aprelində Sauthemptonda anadan olub və 17 yaşında doğma şəhərinin klubunda debüt edib. “Müqəddəslər”in heyətində 190 oyunda 106 qol vuran hücumçu həmin dövr üçün xeyli yüksək məbləğ qarşılığında “Tottenhem”ə transfer olunub.
Şimali Londonda keçirdiyi 8 il ərzində Çivers 367 oyunda 174 qol vurub və klubun iki dəfə Liqa Kubokunu, həmçinin UEFA Kubokunu qazanmasına töhfə verib. Daha sonra o, İsveçrə və Norveçdə çıxış edib, eyni zamanda bir sıra digər ingilis klublarının formasını geyinib.
Martin Çivers İngiltərə millisində 24 oyunda 13 qolla yadda qalıb. “Tottenhem” futbolçuları əfsanəvi oyunçularının xatirəsini çempionat çərçivəsində “Bornmut”la oyuna qara sarğılarla çıxaraq yad ediblər.
Aut.az
