“Siti”də Qvardiola dönəmi bitir – Bir neçə gündən sonra…
“Mançester Siti” baş məşqçi Xosep Qvardiolanın müqaviləsinin 2027-ci ilin yayına qədər olmasına baxmayaraq, mövsümün sonunda klubdan ayrılacağına əmindir.
Aut.az xəbər verir ki, “Daily Mail” qəzetinin verdiyi məlumata görə, ispaniyalı məşqçi ayrılmaq qərarını bir neçə həftə əvvəl verib.
Mənbənin məlumatına görə, “şəhərlilər” rəsmi açıqlamanın cəmi bir neçə gün sonra olacağını güman edirlər.
Qvardiola 2016-cı ilin yayından bəri “Mançester Siti”yə rəhbərlik edir. Bu mövsüm onun rəhbərliyi altında “şəhərllər” Liqa Kubokunu və FA Kubokunu qazanıblar. Premyer Liqanın 36 turundan sonra komanda 77 xalla lider “Arsenal”dan iki xal geri qalaraq ikinci yerdədir. Hər iki klubun daha iki liqa oyunu var.
Aut.az
