Məşhur futbolçu karyerasını bitirdi
Məşhur ingilis yarımmüdafiəçisi Denni Drinkuoter 33 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, onun son klubu “Ridinq” olub. Denni 2022-ci ilin yayından azad agent statusunda olub.
Drinkuoter 2012-ci ildən 2017-ci ilə qədər “Lester”in heyətindəki çıxışı ilə tanınır. 2016-cı ildə komanda ilə sensasiyalı şəkildə İngiltərə çempionu olub.
2017-ci ildə “Çelsi”yə keçib, lakin “Stemford Bric”də oynaya bilməyib. Drinkuoter “Mançester Yunayted” akademiyasının yetirməsidir və həmçinin “Haddersfild”, “Kardiff”, “Uotford”, “Barnsli”, “Bernli”, “Aston Villa” və Türkiyənin “Kasımpaşa” klublarında çıxış edib.
2016-cı ildə İngiltərə millisində üç oyun keçirib.
Aut.az
