İngiltərəAlmaniya

İspaniya millisinin üzvü “Siti”nin hədəfində

“Mançester Siti” “Leypsiq”in və İspaniya millisinin futbolçusu Dani Olmonu transfer etmək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.

İddia olunur ki, “Siti”nin baş məşqçisi Pep Qvardiola onun çıxışını yüksək qiymətləndirir və ispaniyalının komandasında olmasını istəyir. Eyni zamanda, futbolçunun alman klubu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsində 60 milyon avroluq sərbəst qalma maddəsi var.

Qeyd edək ki, 26 yaşlı Olmo 2020-ci ildən “Leypsiq”də çıxış edir. 2023/24 mövsümündə futbolçu 32 oyun keçirib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aut.az