İngiltərə

“Nyukasl” Premyer Liqa klubundan transfer etdi

“Nyukasl” “Aston Villa”nın sol cinah yarımmüdafiəçisi Ceykob Remzinin transferini açıqlayıb.

Aut.az xəbər verir ki, müqavilənin müddəti barədə məlumat verilməyib. Futbolçu yeni klubunda 41 nömrəli formanı geyinəcək.

Ötən mövsüm 24 yaşlı oyunçu Birmingem təmsilçisinin heyətində 46 matça çıxaraq 4 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” onun dəyərini 32 milyon avro qiymətləndirir.