İngiltərə

Bu mövqeyə mütləq transfer lazımdır: Qvardiola açıqladı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 32-ci turunda “Kristal Pelas”a 5:2 hesabı ilə qalib gəldikləri oyundan sonra yay transfer planları haqda danışıb.

Aut.az xəbər verir ki, Pep yayda sol cinah müdafiəçi mövqeyinin prioritet olub-olmadığı sualına müsbət cavab verib.

“Palas”la oyunda bu mövqedə hücumameyilli yarımmüdafiəçi Niko O’Reyli çıxış etdi. Aydındır, Niko bizə kömək edir, lakin o, sol cinah müdafiəçisi deyil. Bu mövqeyə mütləq transfer lazımdır”, – deyə “Manchester Evening News” Qvardioladan sitat gətirib.

Aut.az